FIFA referisi Fəridə Lütfəliyeva beynəlxalq yoldaşlıq oyununa təyinat alıb..
FIFA referisi Fəridə Lütfəliyeva beynəlxalq yoldaşlıq oyununa təyinat alıb
Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) saytında xəbər verilib.
Bildirilir ki, o, bu gün Türkiyənin Antalya şəhərində yerləşən “Atatürk” Olimpiya Stadionunda keçiriləcək qadın futbolçulardan ibarət Türkiyə - Rumıniya yoldaşlıq görüşünün baş hakimi olacaq.
Ona Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcəklər.
Dördüncü hakim funksiyasını isə türkiyəli Cansu Tiryaki yerinə yetirəcək.
Poliqon.info